03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Paşinyanın Makronla gizli yazışması

28.12.2020

Ermənistanın "Qraparak" nəşri Fransa prezidenti Emmanuel Makronun ermənipərəst mövqeyini ortaya qoyan məqalə dərc edib.

Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya sənədini imzalandıqdan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə görüşüb və onlarla birlikdə nahar edib. Söhbət zamanı Makron Fransa ermənilərinin Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinlədikdən sonra isə erməni baş nazirin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Makronu xüsusilə təəccübləndirən məqam isə Paşinyanın bu dəstəyə laqeyd qalması olub. O qeyd edib ki, hətta kapitulyasiya sənədi imzalandıqdan sonra belə Nikol Paşinyan onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib. Həmçinin sənədin nəticələrini yumşaltmaq üçün nə etmək mümkün olduğunu belə Makrondan soruşmayıb.

Bu cür çıxışlar isə Emmanuel Makronun ermənipərəst mövqeyini bir daha ortaya qoymuş olub.

DM-in məlumatına görə, siyasi ekpertlər deyir ki, Fransa prezidentinin bu cür açıqlamalarına nəinki müharibə dövründə, hətta ondan əvvəl də rast gəlinirdi. Bu hal Makronun islamafob, eləcə də anti-Azərbaycan və anti-Türkiyə siyasətinin təzahürüdür.

Ekspertlər deyir ki, Makron Fransanın ATƏT in Minsk qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində başa düşüb və elə buna uyğun da hərəkət etməklə beynəlxalq hüququn vacib prinsiplərini pozub.

Makronun bu cür çıxışları erməni lobbisinin təsiri altında olduğunu aydın şəkildə göstərir. Eyni zamanda ölkəmizə qarşı belə qərəzli münasibət Fransa-Türkiyə əlaqələrində yaranan gərginliklə bağlıdır. Bu məsələdə də Emmanuel Makron ədalətsiz və ikili standartlı mövqeyi ilə yadda qalıb. Çünki Türkiyə istər Liviya və Suriya, istərsə də Şərqi Aralıq dənizi və Qarabağ məsələlərində BMT qətnamələrinə və beynəlxaql hüquqa uyğun qərarlar verib.

Qeyd edək ki, hələ ikinci Qarabağ müharibəsindən əvvəl də, eləcə də müharibə dövründə də Makronun Ermənistanla bağlı təlaşı müxtəlif dövlət başçıları ilə təmasları zamanı etdiyi çıxışlarda da əksini tapıb.