FİFA xorvat futbolçusunu cəzalandıra bilər - VİDEO
09.07.2018
Xorvatiya milli komandasının müdafiəçisi Domaqoj Vida 2018 Dünya Kubokunun 1/4 finalında Rusiya komandası ilə oyundan sonra "Ukraynaya Şöhrət!” («Слава Украине!») şüarına görə Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən diskvalifikasiya edilə bilər.
"Dövran Media" xəbər verir ki, FİFA İntizam Məcəlləsinin 54-cü maddəsinə əsasən ümumi ictimai təxribata görə Xorvatiya milli komandasının üzvləri iki matçda diskvalifikasiya edilə bilər və həmçinin cərimə ödəməli olacaqlar.