İngilislər koronavirusa qarşı dərman hazırladı
27.12.2020
İngilis alimlər koronavirus infeksiyasının qarşısını ala biləcək yeni bir dərmanı sınaqdan keçirir.
DM xəbər verir ki, bu barədə "Qardian" qəzeti məlumat yayıb.
Məlumata əsasən, "Storm Chaser" adlı dərman "AstraZeneca" əczaçılıq şirkəti ilə birlikdə London Universitet Kollecinin mütəxəssisləri tərəfindən hazırlanıb.
"Storm Chaser" koronavirusa qarşı iki mərhələdə tətbiq olunan anticism qarışığıdır.
Mütəxəssislər hesab edir ki, dərmanın müvəffəqiyyət qazanacağı təqdirdə koronavirus epidemiyasının qarşısını almağa kömək edəcək.