Türkiyədə güclü zəlzələ
27.12.2020
Türkiyənin Elazığ vilayətində 5.3 bal gücündə zəlzələ qeydə alınıb.
DM xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin episentri Sivricə şəhərindən 10 kilometr qərbdə yerləşib. Zəlzələ ocağı 16 kilometr dərinlikdə olub.
Qəndilli Rəsədxanası isə zəlzələnin 5.6 bal gücündə olduğunu bildirib.
Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, dünən gecə də Sivricədə 4.1 bal gücündə zəlzələ baş vermişdi.