Türkiyə hərbçilərini Azərbaycana göndərdi
26.12.2020
Türkiyə hərbçiləri briqada generalının komandanlığı altında Azərbaycana yola düşüblər.
Bu məlumatı NTV televiziyası yayıb. Türkiyə hərbçilərinin Rusiya ilə birgə müşahidə mərkəzində xidmət aparacağı bildirlib. Mərkəzin 2021-ci ilin yanvarının ilk həftəsində fəaliyyətə başlayacağı qeyd edilib.
Müştərək mərkəz üçün ilk mərhələdə Azərbaycana 25 əsgərin gəldiyi vurğulanıb. Növbəti həftələrdə bu rəqəmin 60-a qalxacağı bildirilib.