Ərdoğan Türkiyə-İsrail münasibətlərindən danışdı
25.12.2020
Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İsraillə münasibətləri barədə danışıb.
DM "Anadolu"ya istinadən xəbər verir ki, Öztürk məscidində namaz qıldıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.
İsraillə münasibətlərə toxunan Ərdoğan kəşfiyyat sahəsində ürkiyə ilə İsrailin əlaqələrinin kəsilmədiyini və davam etdiyini söyləyib. Fələstinə yönəlik siyasət mövzusunda İsraillə mövqelərinin ayrıldığını ifadə edən Türkiyə prezidenti İrailin siyasi zirvəsinAdəki bəzi adamlarla bu mövzuda problem yaşadıqlarını bildirib.
"Yoxsa könül istər ki, onlarla da münasibətlərimizi daha yaxşı həddə gətirək", - deyə Ərdoğan əlavə edib.