Qafan yolu Ordumuzun nəzarətinə keçdi
25.12.2020
Qafandan Aqarak kəndinə gedən avtomobil yolu tamamilə Azərbaycanın nəzarətinə keçib.
DM xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Qafan meri Gevork Parsyan deyib.
Onun sözlərinə görə, Qafan-Gorus, Qafan-Çakaten yolları varlığını davam etdirir, amma burada sərt təhlükəsizlik məsələləri var.
Parsyan Azərbaycan Ordusunun Sünikdəki yaşayış məntəqəsindən 100 metr, Qafan şəhərindən isə 1 kilometr məsafədə olduğunu deyib.
Mer, həmçinin strateji vacib yüksəkliklərin Azərbaycanın nəzarətinə keçdiyini, nəticədə Qafan şəhərinin hədəfə çevrildiyini söyləyib.
O, Qafandan Aqaraka artıq dolayısı yolla getmək lazım gəldiyini, amma bu yolun uzun, təmirsiz, qış vaxtı keçilməz olduğunu bildirib.
Mer Aqarak, Ujanis, Yeqvard kəndlərinin blokadaya düşdüyünü də iddia edib.