Azərbaycanda yeni assosiasiya yaradıldı
25.12.2020
Azərbaycanda "Azərbaycan Baramaçılar Assosiasiyası” İctimai Birliyinin təsis olunması barədə qərar qəbul olunub.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, İctimai Birliyinin təsis olunmasına həsr olunan onlayn toplantıda Birliyin Nizamnaməsi müzakirə olunub və səsvermə nəticəsində Abdul Orucov Assosiasiyanın sədri, Laləzar Heydərova və Tehmur Musayev sədr müavinləri seçiliblər. Bundan başqa, Assosiasiyanın 15 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb. Assosiasiyanın rəsmi qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanaraq Ədliyyə Nazirliyinə göndəriləcək.