Millət vəkili xeyriyyə aksiyasına başladı
25.12.2020
Milli Məclisin Şəki rayonundan seçilmiş deputatı Cavanşir Feyziyevin Şəkidəki qərargahının üzvləri növbəti dəfə aztəminatlı ailələrə dəstək aksiyasına başlayıblar.
DM xəbər verir ki, aksiya zamanı bütün yaşayış məntəqələri üzrə əvvəlcədən tərtib olunmuş siyahılar əsasında aztəminatlı ailələrə ərzaq yardımı çatdırılır.
Qərargah üzvləri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində başladıqları xeyriyyə tədbirini dekabr ayının 30-dək başa çatdırmağı planlaşdırırlar.
Qeyd edək ki, xeyriyyə tədbiri çərçivəsində 600 aztəminatlı ailəyə yardım göstərilməsi nəzərdə tutulur.