FHN KİV-ləri dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə ÇAĞIRIR
08.07.2018
İyulun 8-də bəzi kütləvi informasiya vasitələrində Nərimanov rayon ərazisində yerləşən tikinti materialları bazarında yanğın hadisəsinin baş verdiyi barədə məlumat yayılıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qeyd edilən tarixdə həmin rayonda belə bir hadisə baş verməmiş, yalnız 650 m² sahədə quru ot yanmış və yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrini bir daha diqqətli olmağa və baş vermiş hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır.