İlham Əliyev “İlin siyasətçisi” seçildi
25.12.2020
Rusiyanın məşhur "Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib.
DM xəbər verir ki, bu nəticə oxucuların səsverməsi ilə əldə edilib.
"İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inandırıcı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar”, - deyə bildirilib.
Qeyd edək ki, səsverməyə ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya lideri Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Belarus Prezidenti Aleksandr Lukaşenkonun adları çıxarılıb.