Paşinyan Armen Qriqoryanı istefaya göndərməyə hazırlaşır
25.12.2020
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tezliklə istefaya göndəriləcək.
DM xəbər verir ki, bu məlumatı "Qraparak” qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzet müharibədən sonra Paşinyanın Qriqoryanı müdafiə edən deputatları şantaj etdiyini bildirib:
"Hakimiyyətdəki mənbələr təsdiqləyir ki, Qriqoryanın qovulması zamanı artıq yaxınlaşır. Sorosçu deputatların tələbi sayəsində bu məsələ qapadılmayıb, sadəcə təxirə salınıb. Mənim Addımım Blokunda müəyyən stabilliyə nail olan Paşinyan artıq bu deputatlardan qorxmur. Qriqoryanı oyundan çıxarmaq üçün Mənim Addımım Bloku keçən həftə onu parlamentə dəvət edərək, istefa ərizəsi yazmağa çağırıblar”.