Beyrut limanındakı partlayışı lentə alan fotoqraf öldürüldü
25.12.2020
Livanın paytaxtı Beyrut limanındakı partlayışı lentə alan fotoqraf Josef Badjani ölü tapılıb.
DM xəbər verir ki, bir müddətdir itkin düşən fotoqrafın axtarşında olan polis yeni görüntülər əldə edib.
Belə ki, iki naməlum şəxs Badjanini güllələləyərək öldürüblər. Qətl hadisəsi Livan ictimaiyyəti arasında böyük səs-küyə səbəb olub.
Qeyd edək ki, avqustun 4-də Beyrut limanında dəhşətli partlayış baş verib. Nəticədə 190 nəfər həlak olub, 6 mindən artıq insan yaralanıb.