Tarkandan xeyirxah ADDIM - FOTO
08.07.2018
Meqastar Tarkanla həyat yoldaşı Pınar Tevetoğlunun qız övladları iyul ayının sonunda Almaniyada dünyaya gələcək.
Dövran Media" xəbər verir ki, cütlük isə doğuş öncəsi xeyirxah addım atıb.
Onlar aylardır qızları üçün göndərilən uşaq geyimlərini və oyuncaqları kimsəsiz uşaq evlərinə bağışlayıb.
Bütün geyim və oyuncaq əşyaları paketlənib və Türkiyənin müxtəlif yerində yerləşən kimsəsiz uşaqlara paylanacaq.