Azərbaycanda yoluxma sayı 2000-dən aşağı düşdü
24.12.2020
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1850 yeni yoluxma faktı qeydə alınıb, 4226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
DM xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 40 nəfər COVID-19-dan vəfat edib.