Bir gündə AMEA-nın iki aliminin vəfatı
24.12.2020
AMEA-nın Geologiya və Geofizika İnstitutunun "Geoloji-geofiziki elmlərin tarixi” şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hikmət Mahmudov 84 yaşında dünyasını dəyişib.
DM xəbər verir ki, GGİ-də1966-cı ildən işləyən Hikmət Mahmudovun rəhbərlik etdiyi şöbə əsasən petrologiya və metallogeniya sahələrində Azərbaycanda aparılan elmi istiqamətlərin inkişafı prosesinin müəyyənləşdirilməsi, geoloji elmlərin tarixinin ayrı-ayrı sahələr üzrə öyrənilməsi, aparılan tədqiqat işlərinin elmi təhlilinin verilməsi, onların mərhələlər üzrə sistemləşdirilməsi, Azərbaycanın qeyri-filiz faydalı qazıntılarının geokimyəvi xüsusiyyətlərinin və tətbiq sahələrinin öyrənilməsi və onların müasir elmi səviyyədə araşdırılması üzərində işləyib.
Qocaman alim həm də poeziya vurğunu idi. Bir neçə şeir kitabı işıq üzü görüb.
Qeyd edək ki, AMEA-nın Folklor İnstitutu Folklor və Yazılı Ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyev də bu gün dünyasını dəyişib.