Paşinyan “qan gölü” görmək istəyir?
24.12.2020
Qanunla bizə verilən funksiyaları yerinə yetiririk.
DM xəbər verir ki, bunu Ermənistan Polis İdarəsinin rəis müavini Ara Fidanyan bu gün hökumətin iclasından sonra jurnalistlərin "Baş nazir "qan gölü" görmək istədiyini desə, əmr yerinə yetiriləcəkmi” sualını cavablandırarkən deyib.
"Baş nazirin əmri qanun deyil”, - Fidanyan cavab verib.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan Paşinyanın "qan gölü" görmək istəyi barədə ictimaiyyətə məlumat vermişdi.