Dünyanın ən böyük aysberqi parçalanır
24.12.2020
2017-ci ildən başlanan qlobal istiləşmə səbəbiylə Antarktidadan ayrılan dünyanın ən böyük üzən aysberqi parçalanmağa davam edir.
DM xəbər verir ki, son parçalanmadan sonra ərazisinin yarısından çoxunu itirib. Bununla yanaşı elm adamları, milyonlarla pinqvin, dəniz quşu və mavi balinanın olduğu Britaniyanın Cənubi Georgia adasının cənub-şərqində cərəyanlarda gəzən buzdağlarından narahatdır.
Belə ki, alimlər, okean axınlarının və küləklərin buzdaqlarını sürükləyə və adanın ətrafındakı qayalıqlarda sıxışa biləcəyindən qorxurlar. Və bu səbəbdən heyvanlar qida mənbələrinə çata bilməyəcəklər.