Polşalı tarixçi Yerji Tarqalskinin pişiyi Lisio sahibi ilə birlikdə Hollandiyanın NTR televiziyasının müsahibə çəklişində iştirak edib.
"Dövran Media" xəbər verir ki, Tarqalski Polşada siyasi gərginlik və ölkənin təhlükəsizlik xidmətinin rolu barədə danışarkən pişiyi kadra daxil olub.
O, pəncələrini tarixçinin qoluna qoyaraq əsəbi formada miyoldamağa başlayıb. Kadrlardan görünür ki, pişik daha sonra Tarqalskinin çiyninə çıxır, başını onun ağzına sürtür və qulağını yalayır.
Tarixçi bütün bunlara baxmyaraq, bir neçə dəfə pişiyin quyruğunu üzündən çəkərək müsahibəyə davam edir.