Ermənistanda etirazçılar yenidən küçələrə axışdı
23.12.2020
Ermənistanda böyük etirazçı kütləsi yenidən küçələrə axışıb.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, birləşmiş müxalifət qüvvələri saat 16:00-da "Respublika Meydanı"na genişmiqyaslı aksiya təyin edib. Hazırda meydanın dolduğu deyilir.
Polis aksiyaçıların qarşısını almağa çalışsa da, buna müvəffəq olmayıb. İnsanlar mitinqin başlanmasını gözləyirlər. Artıq Nikol Paşinyanın istefası tələbi ilə şüarlar səsləndirilməyə başlanılıb.