21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənilərin qorxusu

23.12.2020

Ermənistanda müxalif "İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan Rusiyanı təcili olaraq Zəngəzurda (İndiki Sünik vilayəti) hərbi baza yerləşdirməyə çağırır. Marukyan bunu Qarabağdakı müharibədən sonra Azərbaycan ordusunun mövqelərinin "Sünik sərhədlərinə yolverilməz dərəcədə yaxın olması” ilə əsaslandırır.

O, bu günlərdə sərhədlərin demarkasiyasının aparıldığı Sünik vilayətinə gedib və orada baş verənləri izləyib. Siyasətçi deyib ki, Rusiya ilə yeni təhlükəsizlik müqaviləsi imzalanmalıdır və Sünik vilayətində Rusiya hərbi bazası yerləşdirilməlidir. Marukyan deyir ki, onun partiyası 44 günlük müharibədən sonra həm Ermənistan, həm region üçün yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasına, konkret olaraq Ermənistanla Rusiya arasında hərbi-siyasi əməkdaşlığın daha da dərinləşdirilməsinə çağırıb.

Erməni siyasətçi Sünik vilayətində Rusiya hərbi bazasının yerləşdirilməsinə dair təcili danışıqlara başlamağa çağırır. Onun fikrincə, Sünikdə yeni Rusiya hərbi bazasının mövcudluğu Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin daha effektiv və dinamik fəaliyyəti üçün dayaq rolunu oynayacaq. Digər tərəfdən "regionda sülhün və təhlükəsizliyin” qarantı olacaq.