Ölənlərin sayı 70-ə çatıb
08.07.2018
Yaponiyada leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.
Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Təbii fəlakət nəticəsində 60 nəfər itkin düşüb. Hazırda xilasetmə və axtarış əməliyyatları davam edir.