Vaksinasiyadan imtina edəcək şəxslərin nəzərinə!
23.12.2020
"Azərbaycana gətiriləcək yeni növ koronavirus infeksiyasına qarşı vaksindən imtina edəcək şəxslərə yoluxduruculuq ehtimalının qalmasına inandıracağıq”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
TƏBİB sədri bildirib ki, Azərbaycanda bu günə qədər aparılan vaksinasiya könüllü şəkildə olub:
"Çalışacağıq ki, bu vaksinasiya da çoxlu sayda insanı əhatə etsin. Bunun üçün də ən şəffaf məlumatları ictimaiyyətlə paylaşmaq lazımdır ki, onları inandıraq. Onların ailə üzvlərinin sağlamlığının keşiyində durmalarının tək yolunun məhz vaksinasiyadan keçdiyinə inandıracağıq”.
Oxşar xəbərlər
"Qazaxın 7, Naxçıvanın bir kəndi tezliklə Azərbaycana qaytarılacaq”22.12.2020, 12:34
"Qazaxın 7, Naxçıvanın bir kəndi tezliklə Azərbaycana qaytarılacaq”
280