Bu şəxslərə hər ay 360 manat PUL VERİLƏCƏK
23.12.2020
Vətən müharibəsində iştirak etmiş və hazırda xidmətini davam etdirən bəzi hərbçilərə aylıq 360 manat veriləcək. Söhbət sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş şəxslərdən gedir.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.
Xəzər TV-nin "Birinci Studiya" verilişinin qonağı olan F.Ağamalı söyləyib ki, sözügedən hərbçilərə hər ay üçün (oktyabr, noyabr, dekabr ayları üçün-red) 360 manat ödəniləcək. Yəni hər bir hərbçi 3 ay üçün 1080 manat alacaq.
Millət vəkili deyib ki, Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə 50 milyon manat ayrılıb.
Onun sözlərinə görə, dekabrdan sonra da hərbi xidmətini davam etdirən hərbçilərə hər ay üçün 360 manatın ödənilməsi davam etdriləcək.