Rusiyadan bəzi məmurlara QADAĞA
23.12.2020
Rusiya Aleksey Navalnıya görə Moskvaya qarşı tətbiq edilmiş sanksiyalara cavab olaraq, Almaniya hökumətinin nümayəndələrinin ölkəyə girişinə qadağa qoyub.
DM xəbər verir ki, bu məlumatı DPA agentliyi yayıb.
Məlumata görə, Moskva sanksiyalar tətbiq etdiyi şəxslərin siyahısını açıqlamayıb. Bu şəxslərin sanksiya tətbiqi haqqında yalnız Rusiyaya gəlişləri zamanı öyrənəcəkləri vurğulanıb.