03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Vaksinin Azərbaycana gətiriləcəyi vaxt AÇIQLANDI

23.12.2020

 "Vaksinlərin ölkəmizə gətirilməsində iki istiqamət müəyyən edilib”.

Bu barədə TƏBİB sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, onlardan biri çoxtərəfli platformadır:

"QAVİ (Qlobal vaksinasiya və immunizasiya) alyansı deyilən bir alyans var. Həmin alyans bu il may ayında COVAX adlı bir təsisat yaradıb. Həmin təsisat çərçivəsində təxminən 180-ə yaxın ölkə oraya qoşulub və vaksinlərin çoxtərəfli platformada əldə olunması üçün təşəbbüs irəli sürülüb. Bu təsisatın əsas məqsədi ondan ibarətdir ki, dünyanın bütün ölkələrində vaksinlər ədalətli paylansın.

Azərbaycan da özünümaliyyələşdirən ölkələr qrupunda buraya daxil olub və geniş müzakirələrdən sonra COVAX təsisatına qoşulmuşuq. Koronavirusla mübarizəyə dəstək fondunun ictimaiyyətə nəzarət şurasının da toplantısında biz məruzə etmişik və şura üzvlərinin də icazəsi ilə ilkin ödənişlər olunub. COVAX təsisatı çərçivəsində ölkəmizə önümüzdəki il vaksinlərin təklif olunacağını gözləyirik. Bu təsisat çərçivəsində vaksini əldə edən ilk ölkələrdən biri olacağıq.

Digər istiqamətimiz isə ikitərəfli danışıqlardır. Bu gün təxminən 30-a yaxın vaksin tədqiqatçısının 7-8-i ön plana çıxıb. Onlardan da 5-i daha ön plana çıxıb və 3-cü klinik faza mərhələsinə daxil olub. Biz də bu tədqiqatçıların təmsil olunduğu şirkətlərlə daim ünsiyyətdəyik və ikitərəfli danışıqlarımız gedir.

Vaksinlərin əldə olunması önümüzdəki ilin yanvar ayında gözlənilir. Dəqiq tarix məlum olan kimi ictimaiyyətə açıqlanacaq. Burada bizim üçün ən vacib meyar təhlükəsizlik meyarıdır”.