Plenar iclas başlanıb
08.07.2018
Berlində Reyxstaqın binasında (Almaniya Bundestaqının iqamətgahında) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclası başlanıb.
Sessiyada Şimali Amerika, Avropa və Asiyadan təqribən 300 deputat iştirak edir.
Tədbirdə Azərbaycan Respublikasını Milli Məclis sədrinin müavini, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Bundestaqın sədri Volfhanq Şoyble plenar iclasın iştirakçıları qarşısında çıxış edib.