Rusiyaya qarşı soyuq müharibə aparılır - Puşkov
23.12.2020
Rusiyaya qarşı informasiya sahəsində "soyuq müharibə” aparılır.
DM xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov Tvitter səhifəsində yazıb.
Senator bildirir ki, Rusiya ərazisində fəaliyyət göstərən bəzi media quruluşları ABŞ, Almaniya kimi ölkələrdən maliyyələşir, lakin onların Tvitter səhifələrinə "dövlət nəşri” etiketi qoyulmur.
Puşkov belə "etiket"lərin yalnız Rusiya mediasına tətbiq edildiyini bildirib:
"Bu cür ikili standart informasiya sahəsində Rusiyaya qarşı aparılan "soyuq müharibə” elementlərindən biridir”.