Türk nazirdən xəbərdarlıq
23.12.2020
Ev daxilində yoluxma halları kəskin artıb.
DM xəbər verir ki, bu sözləri Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca deyib.
"Məhdudiyyətlər və tədbirlər sayəsində yoluxma sayı enməkdədir. Lakin virusa yoluxma yolları da dəyişməyə başladı. Ev daxilində yoluxma halları 85 faizə qədər artıb. Təhlükə haradadırsa, ora köklənməliyik. Evdaxili yoluxmalarla bağlı ehtiyatlı olmalıyıq”, - deyə nazir bildirib.