ABŞ qeyd-şərtsiz bu razılaşmaya qayıtmalıdır
23.12.2020
ABŞ-ın yeni rəhbərliyinin strateji silahların azaldılmasını nəzərdə tutan yeni "Start” müqaviləsinə tam qayıdacağını gözləyirik.
DM xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki səfirinin birinci müavini Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
"Ümid etmək istərdim ki, Amerika tərəfi sonda baş verənlərdən özü üçün düzgün nəticələr çıxaracaq", - Polyanski söyləyib.
Polyanski qeyd edib ki, ABŞ üçün ən məntiqli addım heç bir ilkin şərt irəli sürmədən razılaşmalara tam və qeyd-şərtsiz qayıtmaqdır.