İrandan Avropaya Son şans...
22.12.2020
Avropanın nüvə razılaşmasını qorumaq üçün son şansı qalıb.
DM xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tvitter səhifəsində yazıb.
"Birgə Hərtərəfli Fəaliyyət Planında (BHFP) qalan ölkələrin nazirləri ilə görüş zamanı bildirdim ki, Avropa üçlüyünün (Böyük Britaniya, Fransa və Almaniya) sazişi qorumaq üçün son şansı qalıb”, - deyə Zərif bildirib.
O bildirib ki, iqtisadi məlumatlar avropalıların nüvə sazişi ilə bağlı öhdəliklərini pozduğunu və bunda iranlılara dəyən zərər görə məsuliyyət daşıdığını göstərir.