Bu əraziləri Bakıya qaytarmamaq səbəbi - Nikol
21.12.2020
Süniklə bağlı hər şey Qarabağ konfliktinin yenilənməsinin qarşısını almaq üçün edilir.
DM xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyanın Sarnakunk kəndində çıxışı zamanı deyib.
Kəndə etirazçılar ucbatından helikopterlə gəlmək məcburiyyətində qalan Paşinyan əhaliyə Gorus-Qafan yoluyla bağlı məsələni həll edəcəyini vəd edib. O, əhalini panikaya düşməməyə çağırıb.
Bununla bərabər, Paşinyan sərhədlərin demarkasiyasının yalnız GPS məlumatları əsasında aparılmadığını da deyib.
Qeyd edək ki, Sünik vilayətində vəziyyət II Qarabağ savaşından dərhal sonra yaranıb. Buna səbəb Ermənistanın sərhəd rayonlarımızı işğalda saxladığı illər ərzində dövlət sərhədini özbaşına dəyişməsi və bir çox əraziləri qanunsuz olaraq öz torpağına qatmasıdır. Hazırda Azərbaycan dövlət sərhədini bərpa edir.