Gorusda mer gərginliyi
21.12.2020
Ermənistanın Gorus şəhərində situasiya kəskinləşməyə başlayıb.
DM xəbər verir ki, bu barədə məlumatı "Mediaport” Teleqram kanalı yayıb. Məlumata görə, Gorus meri Aruş Aruşanyanın Paşinyanı Sünik vilayətinə buraxmamaqla bağlı çağırışından sonra vilayət polisi meri həbs etməkdən imtina edib. Bundan sonra İrəvandan Aruşanyanın həbsi üçün xüsusi qüvvələrin göndərildiyi bildirilib.
Hələlik Aruşanyanın hansı əsasla həbs olunması ilə bağlı polis heç bir məlumat yaymamyıb. İstintaq Komitəsi də jurnalistlərə Aruşanyanın hansı ittiham əsasında həbs edilməsini izah etməkdə çətinlik çəkib.