Koronanın fəsadı - HƏKİM
21.12.2020
Koronavirusun yaratdığı bəzi fəsadlar qanqrenə, sonra isə əzaların kəsilməsinə səbəb olur.
DM xəbər verir ki, bunu Milli Məclisin sağlamlıq komitəsinin sədri Rəşad Mahmudov deyib.
Həkim bildirib ki, koronavirusun insan bədəninə daxil olduqdan sonra ikinci həftəsində daxili orqanlara ziyan vurması mümkündür:
"Bu, xüsusilə bədənin viral yüklə yüklənməsi və antiviral müalicə olmadığı təqdirdə baş verir. Bu vəziyyətdən ən çox ürək-damar sistemi əziyyət çəkir və qanın laxtalanma prosesi pisləşir. Ən mənfi amil ayaq barmaqlarında və əllərdə qan mikrosirkulyasiyasının pozulmasıdır. Daha sonra bəzən qanqren inkişaf edir və bu da əzaların kəsilməsinə səbəb olur”.
R.Mahmudov koronavirusun antiviral dərmanlarla müalicəsinin təxirə salınmamasını və yataq istirahətinə riayət edilməsini tövsiyə edib.