Ermənistan Baş naziri Nikol Paşinyanın ziyarət etdiyi Sisian şəhərində xoşagəlməz situasiya yaşanıb.
DM xəbər verir ki, Sisianda Surb Qriqor Lusavoriç kilsəsini ziyarət edən Paşinyanın əlini kilsənin keşişi Parqev Zeynalyan sıxmaqdan imtina edib. O, Paşinyana kilsəni tərk etməyi məsləhət görüb. Bundan sonra baş nazir kilsəni tərk etmək məcburiyyətində qalıb.