Suriya Milli Ordusu 3 kəndi azad etdi
21.12.2020
Suriya Milli Ordusu (SMO) Eyn İsa bölgəsini YPG/PKK terrorçularından təmizləmək üçün əməliyyata başlayıb.
DM xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Əməliyyatlar çərçivəsində terrorçuların mövqeləri hədəf alınıb.
Ötən gecə keçirilən əməliyyatlar zamanı xeyli sayda terrorçunun məhv edildiyi bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl SMO Eyn İsa bölgəsində 3 kəndi terrorçuların işğalından azad edib.