Bayden Rusiyaya ağır zərbə vurmaq istəyir
21.12.2020
ABŞ-ın yeni prezidenti Co Bayden Rusiyaya qarşı mümkün sanksiyaları dəyərləndirir.
DM xəbər verir ki, bu barədə "Röyters” məlumat yayıb.
Qeyd edilir ki, yeni sanksiyalar rusların ABŞ dövlət strukturlarına etdiyi kiberhücumlar fonunda tətbiq edilə bilər.
Cavab tədbirləri iqtisadi və kiber sahədə özünü göstərə bilər.
"Cavab olduqca güclü olmalıdır ki, cinayətkarlarda iqtisadi, maliyyə və texnoloji cəhətdən itkilərlə nəticələnsin. Eyni zamanda Soyuq müharibə dövrünün rəqibi ilə konfliktdən qaçmaq lazımdır”, - deyə məqalədə bildirilib.