Nazirdən mutasiyalı korona ilə bağlı ümid
21.12.2020
Korona üçün hazırlanmış peyvənd mutasiyaya uğramış virusa qarşı da təsirli olacaq.
DM xəbər verir ki, bu sözləri Almaniya səhiyyə naziri Yens Şpan jurnalistlərin peyvəndin mutasiyaya uğramış koronavirusa təsiri ilə bağlı sualını cavablandırarkən deyib.
"Bu günə qədər mutasiyaya uğramış növlə bağlı bildiklərimizə əsasən deyə bilərəm ki, peyvəndlə onun qarşısını almaq mümkün olacaq”, - nazir bildirib.