İrəvan gizli saziş imzaladı: Zəngəzurla bağlı...
18.12.2020
Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan dünən Nikol Paşinyanın əmrinə əsasən, Rusiya ilə gizli müqavilə imzalayıb.
DM Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Mediaport” erməni teleqram kanalı yazıb.
Gizli müqaviləyə görə, Sünik (Zəngəzur) mövqelərinin müdafiəsi Rusiya sərhədçilərinə verilib.
Teleqram kanalı iddia edir ki, Sünikdə təmas xətti Ermənistanın iştirakı olmadan Rusiya və Azərbaycan arasında müəyyən edilib.
"Bu, Paşinyanın son bir ayda imzaladığı ikinci sənəddir. Hökumətin bəzi üzvləri müqaviləyə qarşı olsa da, Paşinyan hakimiyyətini uzatmağın yolunun bu olduğunu bildirib”, - kanal yazır.