21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənilərə etibar etmək olmaz, dərhal başlamalıyıq

18.12.2020

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr tarixli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirəcək dəhlizin hazırlıq prosesinə başlamaq lazımdır.

Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, ermənilər dünyanın ən etibarsız və ikiüzlü xalqıdır:

"Azərbaycan xalqı bu həqiqəti son 200 ildə bir yox, bir neçə dəfə, özü də çox acı şəkildə görüb. Real vəziyyət onu göstərir ki, Ermənistan rəhbərliyi və erməni xalqı heç bir halda birgə Bəyanatın şərtlərini yerinə yetirmək istəmir. Xüsusilə də son günlər yaşanan bir sıra neqativ hallar bunu təsdiqləyir.

Heç kəsə sirr deyil ki, Naxçıvana dəhlizin açılmasına ermənilər müqavimət göstərməyə çalışır, müqavilənin bu bəndinin pozulması və ya reallaşmaması üçün əllərindən gələni edirlər.

İstənilən halda Naxçıvanı ölkəmizə birləşdirəcək bu dəhliz bizim üçün həyati bir məsələdir. Nəzərə almaq lazımdır ki, bu, təkcə muxtar respublikanı Ana Vətənə birləşdirməyəcək, həm də 1918-ci ildən bəri ayrı qalan Anadolu, Yaxın Şərq türkləri ilə Mərkəzi Asiya türklərini də qovuşduracaq. Bunu ermənilər də yaxşı bilir və buna görə də hər cür təxribata əl atacaqlar.

Azərbaycan bütün diplomatik, hətta hərbi vasitələrlə dəhlizin yaradılması prosesini gücləndirməlidir. Ermənilər buna etiraz edəcəyi təqdirdə isə Laçın dəhlizini bağlamaq lazımdır. Heç bir halda ermənilərə bu məsələdə güzəştə getmək və ya vaxt tanımaq olmaz. Ölkə başçısının təşəbbüsü ilə Bəyanata daxil edilən, 27 ildir davam edən mənasız danışıqlar prosesində isə bir dəfə də olsun dilə gətirilməyən Naxçıvan dəhlizi ən qısa zamanda hazır olmalı və istismara verilməlidir”.