Koronaya qarşı peyvəndləmə nə vaxt başlayacaq?
18.12.2020
Azərbaycanda koronavirusa qarşı vaksinasiya proqramına gələn ilin əvvəlindən başlaması planlaşdırılır.
DM xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında deyib.
Prezident peyvəndlənmənin könüllü olacağını, dövlət hesabına aparılacağını bildirib.
Dövlət başçısı vaksinasiyaya dair strategiyanın hazırlandığını qeyd edib.