Qarabağda onlar üçün də həyat qurmalıyıq
18.12.2020
Biz elə etməliyik ki, bütün millətlər orada yaşaya bilsin.
DM xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib.
"Aqarunovun canını fəda etdiyi torpaqlarda yəhudilər də, Solntsevin həyatını qurban verdiyi məqsədlər naminə ruslar da, mənən yanımızda olan gürcülər, ukraynalılar, belaruslar da etnik-milli-dini bir harmoniyada xalqımızla birgə o məkanda qurub yaratsınlar. Azərbaycanda evə-eşiyə ehtiyacı olanların hamısına şərait yaratmalıyıq ki, gedib Qarabağda özlərinə isti ocaq qursunlar. Biz təkcə köçkünlərimizi deyil, bəlkə 1.5, 2 milyon vətəndaşımızı "Böyük qayıdış” proqramı ilə azad ərazilərimizə aparmalıyıq!”, - millət vəkili bildirib.