COVİD-19-un müalicə paketi
18.12.2020
Evdə müalicə alan koronaviruslu xəstələr üçün nəzərdə tutulan müalicə paketi apteklərdə satışa çıxarılıb.
DM xəbər verir ki, bu barədə sosial şəbəkələrdə qeyd edilib.
Məlumata görə, "Gənclik Moll” ticarət mərkəzində yerləşən aptekdən 53 manata alındığı iddia edilən müalicə paketində COVİD-19-a yoluxmuş şəxslər üçün nəzərdə tutulan bütün dərmanlar var.
Maraqlıdır, sahə həkimləri dərmanların az olduğunu əsas gətirərək, müalicə paketinin şəhid və xüsusi imtiyazlı ailələr üçün nəzərdə tutulduğunu bildirdiyi və bu paketi koronavirusa yoluxan hər kəsə vermədiyi halda bu dərmanlar necə satışa çıxarıla bilər?
Məsələ ilə bağlı açıqlama verən TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirib ki, TƏBİB-in yalnız xəstəxanalarda müalicə və müayinəyə nəzarət etmək səlahiyyəti var:
"Biz dərman bazarına baxmırıq, dərmanlara nəzarət etmirik”.
Saytımız məsələ aydınlıq gətirilməsi üçün Səhiyyə Nazirliyinə sorğu göndərib.