Azərbaycan Xocavəndə daha da yaxınlaşdı
18.12.2020
Rusiya Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların yerləşdirilməsinin 17 dekabrda yeni xəritəsini dərc edib. Əvvəlki xəritə 15 dekabr tarixində yayımlanmışdı.
Bu barədə DM Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, Laçın dəhlizi sülhməramlılar üçün ayrıca patrul zonası kimi ayrılıb. Əvvəlki xəritələrdə belə bir şey mövcud deyildi.
Yenilənmiş xəritəyə əsasən, Azərbaycan Ordusu Xocavənd şəhərinə daha da yaxınlaşıb.