21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Baydenə xəbərdarlıq

18.12.2020

 Ankaraya həddindən artıq təzyiq etmək onu Qərbdən daha da uzaqlaşdıra bilər.

DM xəbər verir ki, bu barədə siyasi ekspert Kristofer Millerin "Yerusəlim Post" qəzetində dərc edilən məqaləsində bildirilib.

Miller ABŞ-ın yeni rəhbəri Co Baydenə tövsiyəsində vurğulayıb ki, Türkiyə ilə yaxşı münasibətlər ABŞ-ın strateji hədəfləri üçün çox vacibdir:

"Türkiyə üç qitəni əhatə edən mühüm bir qüvvədir. Münasibətləri gücləndirmək üçün top artıq ABŞ-ın sahəsindədir. Bayden sürətlə dəyişən Yaxın Şərq, Çinlə gərgin münasibətlər və ABŞ-ın maraqlarına zidd olan kiçik səviyyəli qarşıdurmalarla üz-üzə qalacaq. Ən vacib hədəflərdən biri də Türkiyə lideri Ərdoğana yaxınlaşmaq olacaq. Bayden rəhbərliyinin Ankaraya qarşı həssas düşüncələri necə tarazlaşdıracağı bu vacib müttəfiqlə gələcək münasibətləri müəyyən edəcək".