Merkeldən türklərə: Heç kim sizə inanmırdı, ancaq...
18.12.2020
Sizinlə çox böyük qürur duyuruq. Bunu hökumətimizin adından söyləyirəm.
DM xəbər verir ki, bu sözləri Almaniya kansleri Angel Merkel "BioTech” şirkətinin qurucuları Uğur Şahin və Özləm Tureci ilə keçirilən videokonfransda deyib.
Merkel vaxtilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı çəkilən araşdırmaçıların türk əsilli olduqlarını ona çatdırdığını bildirib. Merkel bundan dolayı çox sevincli olduğunu da açıqlayıb.
"Uğur Şahin və Özləm Turecinin şirkətləri işıq kimi dünyada parladı. Dünyada vaxtilə heç kim Şahin və Turecinin araşdırmalarına inanmırdı. Amma siz öz texnologiyanıza inandınız”, - deyə Merkel bildirib.
Qeyd edək ki, "Pfizer” və "BioNTech” şirkətləri birlikdə koronavirus əleyhinə peyvənd hazırlayıb.