“Tək Millət, Tək Ürək” böyük təşəbbüslərə İMZA ATIR - FOTO
17.12.2020
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış "Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin Diyanet İşleri Başkanlığı, Türkiyə Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyi tərəfindən Bakıya gətirilmiş 2.500 ( İki Min Beş Yüz) ədəd yataq örtük dəsti və 100 000 ( Yüz Min) ədədə yaxın 200 ml-lik Təbii Süd Müdafiə Nazirliyinə təqdim edilmişdir.
Təqdimetmə mərasimində Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliği Din Hizmetleri Müşaviri Zəki Yavuzyılmaz iştirak etmişdir.
Layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına xüsusi təşəkkürümüzü bildiririk.