Ermine Naqdalyan təlaşa düşüb
08.07.2018
ATƏT Parlament Assambleyası Daimi Komitəsinin təşkilatın illik 27-ci sessiyası çərçivəsində Berlində keçirilən iclasında Ermənistan parlamentinin bu qurumda nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan Azərbaycanın öz müdafiə qabiliyyətini daha da gücləndirməsi və yeni silah növləri alması ilə bağlı "timsah gözyaşı” töküb.
Amma erməni deputat Bakının bu maliyyə vəsaitlərini sülh proqramlarına deyil, hərbi məqsədlər üçün ayırmağa məcbur olmasının əsas səbəbinin məhz onun ölkəsi tərəfindən qonşu Azərbaycanın 20 faiz ərazisinin işğalının davam etməsi və Ermənistanın istər əvvəlki, istərsə də hazırkı hökumətinin danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi olmasını açıqlamayıb.
Erməni deputat bu əsas səbəbi açıqlasaydı, yəqin ki, özünün verdiyi suallara da cavab tapa bilməyəcəkdi.