Müharibə iştirakçıları bu medallarla da təltif ediləcək
17.12.2020
Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları "Azərbaycan Bayrağı" ordeni, 3-cü dərəcəli "Rəşadət" ordeni, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə və "Vətən uğrunda" medalı ilə təltif olundu. Təltif olunmalar bununla yekunlaşmır.
DM-in xəbərinə görə, bundan sonra da döyüşlərdə iştirak etmiş hərbi qulluqçular əvvəlki orden və medallarla yanaşı, yeni təsis edilən medallarla da təltif olunacaqlar.
Qələbəyə görə yeni təsis edilən medalları təqdim edirik:
"Cəsur döyüşçü" medalı;
"Döyüşdə fərqlənməyə görə" medalı;
"Suqovuşanın azad olunmasına görə" medalı;
"Cəbrayılın azad olunmasına görə" medalı;
"Xocavəndin azad olunmasına görə" medalı;
"Füzulinin azad olunmasına görə" medalı;
"Zəngilanın azad olunmasına görə" medalı;
"Qubadlının azad olunmasına görə" medalı;
"Şuşanın azad olunmasına görə" medalı;
"Kəlbəcərin azad olunmasına görə" medalı;
"Ağdamın azad olunmasına görə" medalı;
"Laçının azad olunmasına görə" medalı;
"Vətən müharibəsi iştirakçısı" medalı;
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı.