21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Arutyunyan Qarabağdan qaçır

17.12.2020

 Qarabağ separatçılarının lideri Araik Arutyunyan Dağlıq Qarabağdakı müharibəni daha tez və daha az itki ilə dayandırıla biləcəyini açıqlayıb.

DM "Novosti Armenia” agentliyinə istinadən Arutyunyanın açıqlamasını sitat gətirərək məlumat verir. Onun sözlərinə görə, bu 44 günlük müharibədə ictimai qınaq yaradan üç məsələ var.

"Əvvəla, müharibəni bu şərtlərlə 9 noyabrda bitirmək doğru idimi? Bir neçə dəfə bu suala vicdanla cavab verdim ki, o zaman alternativ böyük insan və ərazi itkiləri var idi”, - Araik Arutyunyan deyib.

Arutyunyanın sözlərinə görə, ikinci sual müharibəni nisbətən daha yaxşı şərtlərlə və daha az itkilərlə erkən bitirməyin mümkün olub-olmaması, üçüncü sual - Ermənistan silahlı qüvvələrini əvvəlcədən müharibəyə daha yaxşı hazırlamaq mümkün deyildimi? "Son iki sualın cavabları müsbətdir, amma detallarını növbəti dəfə təqdim edəcəyəm”, - Arutyunyan bildirib.

Arutyunyan istefaya hazır olduğunu da açıqlayıb, ancaq "prezident və parlament seçkilərinin çətinliklərinin öhdəsindən gəlmək” üçün şərt irəli sürüb. Eyni zamanda Arutyunyan "Azad Vətən” partiyasının sədri vəzifəsindən imtina etdiyini əlavə edib.